...

Ukraynanın əmək və sosial siyasət naziri Bakıya səfər edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Noyabr 2006 11:08 (UTC +04:00)

Noyabrın 8-dər 12-dək Ukraynanın əmək və sosial siyasət naziri Mixail Papiyevin Bakıya rəsmi səfəri gözlənilir. Azərbaycan Əhalinin Əmək və Sosial Müdafiə Nazirliyindən Trend ə verilən məlumata görə, səfər çərçivəsində AR və Ukraynanın nazirlikləri arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə birgə işçi qrupların yaradılması, razılaşmaların həyata keçirilməsi vəziyyəti və hər iki tərəfi maraqlandıran əmək və sosial müdafiə sahəsində başqa məsələlərin müzakirəsi gözlənilir.

Hər iki idarə arasında əməkdaşlıq 19 may 2000-ci ildə imzalanmış Əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığa dair saziş və 3 iyun 2004-cü ildə imzalanmış müvəqqəti olmaraq Ukrayna ərazisində işləyən AR və Azərbaycan ərazisində işləyən Ukrayna vətəndaşlarının əmək fəaliyyəti və sosial müdafiəsinə dair saziş əsasında qurulur.

Səfər çərçivəsində Ukrayna nazirinin Azərbaycan prezidenti İlham Əliyevlə, əmək naziri Fizuli Ələkbərovla, Əhalinin Sosial Müdafiəsi üzrə Dövlət Fondunun rəhbəri Səlim Müslümovla görüşü planlaşdırılıb. Ukrayna və Azərbaycanın əmək nazirlərinin görüşünün yekununda protokol imzalanacaq.

Xəbər lenti

Xəbər lenti