...

"UniBank" "AL Kart" kredit kartlarının emissiyasının proqnozlaşdırılan templərini qabaqlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Noyabr 2006 10:53 (UTC +04:00)

"AL Kart" layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində "UniBank" 1 000-ə yaxın kredit verib. Bu barədə Trend bankın məlumatına istinadən xəbər verir. Bu zaman "AL Kart" layihəsi üzrə kredit portfelinin ümumi həcmi artıq praktiki olaraq 1,5 mln. ABŞ dollarına çatıb.

"AL Kart" layihəsi cari ilin iyulunda start götürüb. Lakin artıq onun həyata keçirilməsinin birinci dörd ayı ərzində bu məhsul üzrə kredit portfeli proqnoz göstəricilərini əhəmiyyətli dərəcədə qabaqlayır. Beləliklə, artıq bu gün "AL Kart"-ın gerçəkləşdirilmə dinamikası bizə belə güman etməyə tam əsas verir ki, perspektivdə "UniBank" "istənilən məqsədlər üçün" kreditləşdirmə bazarında öz payını əhəmiyyətli dərəcədə artıracaq", - deyə "UniBank"-ın pərakəndə satış üzrə direktoru Faiq Zeynalov qeyd edib.

"UniBank" KB "AL Kart" brendini cari ilin iyul ayının 3-də təqdim edib. Bu adla bank tərəfindən yeni məhsul - "Nə istəsən - AL" devizi altında gerçəkləşdirilən kredit kartı buraxılıb. İstənilən məqsədlər üçün nəzərdə tutulan yeni müstəqil kreditləşdirmə məhsulunun işə salınması bank tərəfindən keçirilən miqyaslı marketinq tədqiqatının nəticəsi olub. Bu məhsulun dəstəklənməsi çərçivəsində "UniBank" tərəfindən ikimərhələli reklam kampaniyası həyata keçirilib.

Beləliklə, bu gün "AL Kart"-ın sayəsində bankin müştəriləri onlar üçün zəruri olan istənilən malların və xidmətlərin əldə edilməsini ödəmək imkanı əldə edir. Bundan başqa, "AL Kart" əldə etmiş müştəri öz vəsaiti hesabına karta əlavə əmanət qoymaq imkanına da malikdir.

Bu layihə çərçivəsində bank hər bir müştəriyə həcmi 500-dən 3000 ABŞ dollarına və ya Azərbaycan manatına kimi dəyişən kredit xətli kart almağı təklif edir. Kredit xətti ancaq kreditin istifadə edilmiş məbləğinə hesablanan illik 26%-lə təklif edilir. Bu zaman faizlər hər yeni ayın 6-da hesablanır, bu isə kredit xəttinin vəsaitindən müddəti 30 təqvim gününə kimi çata bilən güzəşt dövrü ərzində tamamilə pulsuz istifadə etməyə imkan verir.

Müştərinin öz kart hesabını şəxsi vəsaiti hesabına artırdığı halda isə "UniBank" kart hesabının depozit hissəsinin məbləğinə illik 5% hesablamağı öhdəsinə götürür.

Kart 1 il müddətinə verilir.

"AL Kart"-dan istər ölkə daxilində, istərsə də xaricdə istifadə etmək olar.

Xəbər lenti

Xəbər lenti