Vergilər Nazirliyi Bakıda operativ vergi nəzarəti üzrə geniş miqyaslı tədbirlər çərçivəsində 143 894 obyektdə vergi reydləri keçirib. Vergilər Nazirliyinin operativ nəzarət İdarəsinin press-relizinə istinadən Trend məlumat verir ki, 14 noyabra olan vəziyyətə əsasən, 33715 obyektdə qanunvericiliklə bağlı pozuntu faktları aşkar edilib. Nəticədə bu obyektlərə 3049,904 min manat həcmində inzibati cərimələr tətbiq olunub.
İyulun 24-dən başlayaraq paytaxtda nəzarət-kassa aparatlarından istifadə və alıcılara çeklərin verilməsi, yəni əhali ilə nəğd pul hesablaşmaları zamanı qaydalara əməl olunması ilə bağlı vergi reydləri keçirilir.