Semipalatinsk avtomobil zavodu (Qazaxıstan) gələn ilin ikinci yarısından "Deu" və "Paz" markalı avtobusların istehsalına başlamaq niyyətindədir. Hazır məhsulun Azərbaycan, Rusiya, Özbəkistan, Qürğızıstan və Ukraynaya ixracı ehtimal olunur.
Trend məlumatı "Qazinform"-a istinadən yayıb.
Bu ilin dekabrında müəssisədə avadanlıqların quraşdırılmasına başlanacaq. Texnoloji xətlərin buraxılışı 2007-ci ilin ikinci kvartalı üçün ehtimal olunur.
2006-cı ilin noyabrında zavodun qazaxıstanlı səhmdarlar Cənubi Koreyanın "Daewoo Bus Global Corporation" şirkəti, Qazaxıstanın "Viraj" holdinqi və Almatanın "Kommersiya nəqliyyatı" şirnkəti ilə müəssisə yaradılması, "Daewoo" markalı avtobusların yığılması üçün lisenziya və texnologiyaların əldə edilməsində müştərək fəaliyyət haqqında saziş imzalayıb.
Müəssisənin yaradılması üçün $8,8 milyon investisiya qoyulub. İllik istehsalın həcmi 2 min avtobusdur.