...

Bakıda "Bencamin Fraklin - Dövlət xadimi və diplomat " adlı sərgi keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Noyabr 2006 17:27 (UTC +04:00)

Dünən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxananın(MEK) sərgi salonunda XVIII əsrin böyük şəxsiyyəti, ABŞ-ın görkəmli dövlət və elm xadimi Bencamin Franklinin 300 illik ildönümü ilə bağlı "Bencamin Franklin - Dövlət xadimi və diplomat" adlı sərgi keçirilib.

AMEA-ya istinadən Trend məlumat verir ki, sərgi AMEA MEK və ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub. Sərgidə AMEA prezidenti, akademik Mahmud Kərimov və ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi iştirak edib.

Sərgidə B.Franklin haqqında kitablar və kassetlər, onun həyatına həsr olunmuş stend nümayiş etdirilib.

Konqres kitabxanasından Beynəlxalq Kitab Mübadiləsi (BKM) yolu ilə alınan nəşrlər, ensiklopediyalar və lüğətlər də nümayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti