...

Bakıda "İslam bankçılığı: Korporativ idarəetməyə, şəffaflığa və açıqlamaya dair müvafiq məsələlər" adlı seminar keçirildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Noyabr 2006 11:51 (UTC +04:00)

Bakıda Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) Azərbaycan Korporativ İdarəetmə Layihəsi tərəfindən təşkil olunmuş "İslam bankçılığı: Korporativ idarəetməyə, şəffaflığa və açıqlamaya dair müvafiq məsələlər" adlı seminar keçirildi. Bu barədə Trend xəbər verir.

Seminarın açılışında çıxış edən İslam maliyyə qrupunun nəzdində fəaliyyət göstərən Clifford Chans şirkətinin Bankinq və layihələr departamentinin aparıcı mütəxəssisi Məhəmməd Həmrə-Krouha bildirib ki, islam maliyyələşdirmə bazarı 30 il ərzində inkişaf etməyə başlayıb və şirkət 2006-cı ildə 15 mlrd. ABŞ dolları məbləğində maliyyə sazişlərinin bağlanmasını proqnozlaşdırır, islam prinsiplərinə əsasən bütün iş dövründə sərmayə qoyuluşları 300 mlrd. ABŞ dolları təşkil edib. Onun sözlərinə görə, ildən-ilə islam maliyyə institutları tərəfindən həyata keçirilən əməliyyatların artımı orta hesabla 20% təşkil edir. Səudiyyə Ərəbistanı 2020-ci ilə qədər 100%-li islam bazarına çevrilməyi planlaşdırır.

Yalnız İslam inkişaf bankına daxil olan ölkələrin sərmayə qoyuluşları bu il 43 mlrd. ABŞ dolları təşkil edib.

Tədbirdə həmçinin islam bankçılığında tətbiq olunan məhsullar, maliyyə institutlarının növləri, onlarda istifadə olunan korporativ idarəetmə prinsipləri haqqında məlumat təqdim olunub.

ACGP-nin üçillik layihəsi BMK tərəfindən 26 yanvar 2005-ci ildən SECO-nun maliyyə dəstəyi ilə (2,1 mln. ABŞ dolları məbləğində qrant) həyata keçirilir.

Tədbirdə 35 bankın nümayəndəsi iştirak edir.

Xəbər lenti

Xəbər lenti