Noyabrın 3-na olan məlumata görə, operativ vergi nəzarəti üzrə geniş miqyaslı tədbirlər çərçivəsində Vergilər Nazirliyi 153 097 obyektdə vergi reydləri keçirib.
Trend Vergilər Nazirliyinin Operativ nəzarət idarəsinin press-relizinə istinadən xəbər verir ki, qanunvericiliyin pozulması halları 35958 obyektdə aşkar olunub. Nəticədə qanun pozucularına qarşı 3 238,048 min manat məbləğində inzibati cərimə kəsilib.
Bakıda vergi reydləri nəzarət-kassa aparatlarından istifadə və alıcılara çeklərin verilməsinə, yəni əhali ilə nağd pul hesablaşmaları qaydalarına riayət olunmasına nəzarət etmək üçün həyata keçirilir.