...

Vergilər nazirinin birinci müavini: "Vergi Məcəlləsinə əlavə və dəyişiklik edilməsi məsələsi Milli Məclisdə müzakirə olunacaq"

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Dekabr 2006 15:34 (UTC +04:00)

Parlamentin bu həftənin sonunda keçiriləcək iclasında Vergi Məcəlləsinə əlavə və dəyişikliklər müzakirə olunacaq. Trend in məlumatına görə, bu barədə jurnalistlərə vergilər nazirinin birinci müavini Şahin Mustafayev məlumat verib. Ş.Mustafayevin sözlərinə görə, İqtisadiyyat komissiyanın iclasında avtonəqliyyat vasitələrinə aksiz vergilərinin tətbiqi ilə bağlı məsələ Məcəlləyə əlavə və dəyişikliklər sırasında saxlanılıb və buna hansısa dəyişiklik edilməyib: "Biz 82 əlavə və dəyişiklik təqdim etmişik. Düzdür, parlamentdə müəyyən dəyişikliklər çıxarıldı. Amma əsas məqamlar qalır."-deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti