...

DB Azərbaycan hökumətinə ikinci magistral yol barədə kredit sazişinə düzəlişlər təqdim etməyə hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Dekabr 2006 18:53 (UTC +04:00)

Dünya Bankı Azərbaycan hökumətinə ikinci magistral yolun bərpası layihəsi üzrə kredit sazişinə düzəlişlər təqdim etməyə hazırlaşır. Bankın Bakı təmsilçiliyindən Trend ə verilmiş xəbərə görə, dəyişikliklərin tətbiqi Aəzrbaycan tərəfin bu layihəyə ayrılmış vəsaitlərin bir hissəsinin Kürdəmir-Ucar maşın yolunun maliyyələşdirilməsinə sərf etmək xahişi ilə bağlıdır. Kreditin ikinci magistral yol üçün ayrılmış ümumi 200mln. dollar həcmindən 70 mln. dollar Kürdəmir-Ucar yolunun bərpasına yönəldilməsi nəzərdə tutulur. Məlum məsələ barədə prinsipial razılıq artıq əldə edilib, yalnız onun yolun məlum seqmentinə tətbiqini kredit sazişinə təhkim etmək qalıb. Layihənin bütün dəyərini 70 mln dollara maliyyələşdirmək nəzərdə tutulub. 200 mln dollar kredit isə Ələt-Masallı avtomagistralı marşrutunun dəyişdirilməsi və genişləndirilməsi, həmçinin Bakının qərb rayonları ilə birləşdirən Bakı-Şamaxı-Muğan yolunun təmiri üçün müəyyən olunub. Layihə hələ tamamilə hazır olmadığından, kredit vəsaitləri istifadə olunmayıb. Qeyd edək ki, Kürdəmir-Ucar maşın yolunun uzunluğu 46,2 km-dir. Əvvəl layihə 18,3 mln dollar dəyərində qiymətləndirilib. Lakin tikinti materiallarının qiymətinin qalxması ilə layihə bahalaşıb. Kürdəmir-Ucar yolu 1999-cu ildə qrant fondu vəsaitləri hesabına hazırlanmış TİƏ-ya müvafiq olaraq ikixətli olacaq.

Xəbər lenti

Xəbər lenti