...

Azərbaycan Milli Bankı 2007-ci ildə bir rəqəmli inflyasiyanın olacağını proqnozlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2006 18:10 (UTC +04:00)

Azərbaycan Milli Bankı bu gün açıqlanmış 2007-ci il üçün pul siyasətinin əsas istiqamətlərində baza inflyasiyasının bir rəqəmli səviyyədə (8-9%) qalacağını nəzərdə tutur.

Trend AMB-nin bəyanatına istinadən xəbər verir ki, bu məqsədin reallaşdırılması üçün AMB ölkədə maliyyə sabitliyinin davamlılığını və qeyri-neft sektorunun rəqabət qabiliyyətinin strateji prioritetlərini dəstəkləmək niyyətindədir.

Ölkənin valyuta bazarına gözlənilən böyük valyuta təzyiqi şəraitində 2007-ci ildə Milli Bank onun manatın məzənnəsinə və strateji xarici ticarətə mənfi təsirini neytrallaşdırmaq üçün fəal sterilizasiya siyasəti aparmağı planlaşdırır.

Maliyyə sabitliyinin qorunması üçün gələn il bankların kapitallaşdırılması davam etdiriləcək, bank sisteminin, o cümlədən korporativ idarəetmə sisteminin institusional bazası, xüsusilə də menecment riski təkmilləşdiriləcək. Əhalinin maliyyə xidmətlərinə çıxışını artırmaq üçün maliyyə sisteminin institusional inkişafı üzrə tədbirlər davam etdiriləcək. Eyni zamanda keyfiyyətcə yeni Bazel-2 standartlarına mərhələli keçid üzrə məsləhətləşmələr intensivləşdirilir.

Xəbər lenti

Xəbər lenti