...

"Baku Steel Company" Azərbaycan metallurqlarının konfransını keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Yanvar 2007 13:52 (UTC +04:00)

Bakıda "Baku Steel Company" (BSC) şirkətinin təşkilatçılığı altında Azərbaycan metallurqlarının ikinci elmi-praktiki konfransı keçiriləcək. Şirkətdən çərşənbə axşamı Trend ə bildiriblər ki, konfrans Metallurq Günü ərəfəsində - 2007-ci il iyul ayının ikinci yarsında keçiriləcək. Dəqiq tarix sonra dəqiqləşdiriləcək.

Konfrans qara metallurgiya və metalşünaslıq, əlvan metallurgiya və tikinti, metallurgiya və ekologiya, metallurgiya və iqtisadiyyat, metallurgiya və əhalinin məşğulluğu və s. şöbələr üzrə iş aparacaq.

Tədbirə elmi-təhsil müəssisələri, özəl şirkət, elmi-tədqiqat təşkilatları nümayəndələri dəvət olunacaq, həmçinin xarici ölkə nümayəndələrinin iştirak etməsi də istisna edilmir.

İlk konfrans şirkət tərəfindən 2005-ci ilin iyulunda keçirilib, həmin tədbirdə ali təhsil müəssisələri, Milli Elmlər Akademiyası, eləcə də bu sahədə məşğul olan şirkət nümayəndələri dəvət olunmuşdular. Konfransın sonunda tədbir iştirkçılarının məruzələrini əhatə edən proşura çap olunmuşdu.

BSC - ölkənin ən böyük vergi ödəyicilərindən biri hesab olunur, istehsal gücü hər il 350 min ton təşkil edir, əməkdaşlarının sayı 2 mindən artıqdır.

Xəbər lenti

Xəbər lenti