...

Baş direktorun birinci müavini: "Azərbaycan milli aviaşirkəti biletlərin qiymətini artırmağı planlaşdırmır"

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Yanvar 2007 13:01 (UTC +04:00)

AZAL baş direktorunun birinci müavini Sabir İlyasov çərşənbə axşamı Trend ə bildirib ki, Azərbaycanın daxili bazarında reaktiv yanacağın (aviakerosinin) qiymətinin qalxması səbəbindən aviabiletlərin qiymətində artım olmayacaq.

Onun sözlərinə görə, hazırda yanacaq və biletlərin satışında möhkəm sistem formalaşdırılıb ki, bu, tarifləri dəyişməz saxlamağa imkan verir.

AZAL nümayəndəsi bildirib: "Sürüşkən tariflər sistemini tətbiq etməklə, bura mövsümi güzəştlər və başqa göstəricilər daxildir, Dövlət Konserni möhkəm sistem tətbiq etmək imkanı qazanır ki, bu, tarifləri artırmamağa imkan verir".

Respublika hökumətinin qərarı ilə aviasiya kerosininin qiymti 0,45 manat səviyyəsində müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti