Bakı rayonlarında keçirilən yarmarkalarda təxminən11,81 min tona yaxın kənd təsərrüfatı məhsulu realizə edilib. Bu barədə Trend ə çərşənbə axşamı nazirlikdən bildiriblər.
2006-cı ilin iyulundan 2007-ci ilin yanvarına qədər yarmarkalarda 349,92 ton ət məhsulları, 297,48 ton süd məhsulları, 369,61 ton konserv məhsulları, 5 min ton tərəvəz, 1,33 min ton kartof, 1,27 min ton bağ məhsulları, 288,96 ton taxıl məhsulları və 2,63 min ton meyvə realizə edilib.
Naxçıvan Muxtar Respublikasında satılan məhsulların həcmi 208,43 ton təşkil edib.
Yarmarkalar keçən ilin iyulundan etibarən şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına olan tələbatnı ödəmək və məhsulların süni qiymət artımının qarşısını almaq məqsədilə keçirilir.
Kənd təsərrüfatı məhsulları yarmarkası hər həftənin şənbə və bazar günləri Bakı şəhərinin Suraxanı, Nərimanov, Yasamal, Xətai, Nizami, Binəqədi və Nəsimi rayonları ərazisində keçirilir.