...

Milli bank: 2006-cı ildə Azərbaycanda ikirəqəmli inflyasiya səviyyəsi qeydə alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Yanvar 2007 15:16 (UTC +04:00)

2006-cı ilin dekabr ayında istehlak mallarının qiymətinın və xidmətlər üçün tariflərin noyabr ayı ilə müqayisədə artım tempi 2,1% təşkil edib. Azərbaycan Milli Bankından Trend ə bildiriblər ki, illik inflyasiya artımı 11,4%, orta illik - 8,3% təşkil edib.

İstehlak mallarının qiyməti 16,1%, qeyri-istehlak malları - 7,5%, xidmətlər üçün tariflər - 4,3% bahalaşıb.

2006-cı ildə inflyasiyanın formalaşmasında qida məhsulları 75,3% təşkil edib, o cümlədən çörək və çörək məhsulları - 5,3%, ət və ət məhsulları - 18,8%, tərəvəz məhsulları - 27,5%, yağ və piy - 1,1%, süd və yumurta - 14,8%, qənd, çay - 7,7%, içki və tütün - 0,2%. Bu dövr üçün qeyri-istehlak mallarının payı 18%, xidmətlər - 6,7% təşkil edib.

Xəbər lenti

Xəbər lenti