...

Nazir: Azərbaycan əhalini enerji daşıyıcıları və kommunal xidmətlərin qiymət artımından sosial müdafiə ilə tamamilə təmin edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Yanvar 2007 15:35 (UTC +04:00)

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi enerji daşıyıcıları və kommunal xidmətlərin qiymət artımı ilə bağlı əhalinin aztəminatlı təbəqələri üçün tədbirləri davam etdirir. Bu barədə Trend xəbər verir.

Cümə günü Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun bildirdiyi kimi, prezidentin son fərman və sərəncamları ilə əhalinin gəliri artırılıb, əhali yalnız tariflərin armasının deyil, həm də ərzaq mallarının qiymətinin artmasının onların xərclərinə təsirinin kompensasiya edilməsi ilə qiymət artımının mənfi təsirindən tamamilə mühafizə olunub.

Əhalinin müəyyən kateqoriyaları üçün istehlak qiymətlərinin artmasının təsirini aradan qaldırmaq məqsədilə orta hesabla 7-13% səviyyəsində əlavə gəlir təqdim olunub.

Hazırda respublikada 15 növdə sosial müavinət verilir, onların hər birində artım orta hesabla 5-10 manat təşkil edib, bu isə faiz nisbətində 30-50% artım deməkdir.

Nazirin sözlərinə görə, həmçinin ünvanlı sosial yardımın verilməsi mexanizmində də dəyişikliklər hazırlanır. O, enerji daşıyıcıları və kommunal xidmətlərin qiymət artımını nəzərə alaraq dəyişdiriləcək. Dəyişiklik bundan ibarətdir ki, əhalinin aztəminatlı təbəqələrinə aid edilən ailədə hər bir adam üçün müavinətin həcmi 5 manat artacaq. 1 yanvar 2007-ci il tarixindən "ehtiyac meyarı" 35 manat həcmində müəyyən olunub.

Xəbər lenti

Xəbər lenti