...

Milli Bankın Naxçıvan MR İdarəsi nəzdində İpoteka Fondunun Naxçıvan şöbəsi yaradılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Yanvar 2007 12:16 (UTC +04:00)

Azərbaycan Respublikası Milli Bankının Naxçıvan MR İdarəsi nəzdində İpoteka Fondunun Naxçıvan şöbəsi yaradılacaq. Trend in Naxçıvan Bürosu xəbər verir ki, bu fikirləri Milli Bankın Naxçıvan MR İdarəsinin sədri Səbuhi Məmmədov ötən ilin yekunları ilə bağlı adıçəkilən təşkilatın 2006-cı ildə görülmüş işlərə dair hesabat xarakterli çıxışında səsləndirib.

Səbuhi Məmmədov çıxışında regionda vətəndaşlarının bu cür kreditlə əhatə olunması üçün yaxın vaxtlarda Azərbaycan Respublikası Milli Bankı Naxçıvan MR İdarəsi nəzdində İpoteka Fondu Naxçıvan Şöbəsinin yaradılması istiqamətində tədbirlərin həyata keçirildiyini bildirib.

Ötən ilin nəticələrini rəqəm və faktlarla təhlil edən Milli Bankı Naxçıvan MR İdarəsi sədrinin sözlərinə görə, Muxtar Respublikada fəaliyyət göstərən banklar tərəfindən hesabat ilində regionun iqtisadiyyatına yönəldilən kredit qoyuluşu 10 mln 804 min 700 manat, o cümlədən uzunmüddətli kredit qoyuluşu 10 mln 339 min 800 manat, qısamüddətli kredit qoyuluşu isə 464 min 900 manat təşkil edib.

Səbuhi Məmmədov regionda quraşdırılmış bankomatlarn sayının 48-ə çatdığını, Muxtar Respublika üzrə əməkhaqqı, pensiya və fərdi plastik kart alanların ümumi sayının 29 000 nəfərə çatdığını vurğulayıb. O, çıxışında yaxın vaxtlarda bu kimi ödənişlərin tamamilə plastik kartlar, bankomatlar vasitəsilə ödəniləcəyini də bildirib.

Xəbər lenti

Xəbər lenti