...

"AZAL" Hitrou hava limanına reyslərin həyata keçirilməsinə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Yanvar 2007 18:12 (UTC +04:00)

"AZAL" dövlət konserninin çərşənbə günü Trend ə verdiyi məlumata əsasən, Azərbaycanın Milli Aviaşirkəti - "Azərbaycan Hava Yolları" Londonun Hitrou hava limanına uçuşları həyata keçirməyə başlayıb.

Hazırda həftə ərzində Bakı-London-Bakı marşrutu üzrə üç reys həyata keçirilir.

"AZAL"da qeyd olunub ki, əvvəllər üç reys Getvik hava limanına həyata keçirilirdi. Lakin hazırda olan reyslərdən biri - şənbə günləri Hitrou hava limanına eniş edir. Biletin dəyəri - 499 dollardan başlayır. Uçuşlar Boing-457 ilə həyata keçirilir.

Hesab edilir ki, analoji uçuşlar uçuşların yay cədvəlinə keçidlə bağlı da davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti