...

Beynəlxalq Valyuta Fondu Azərbaycanda 2007-ci ilin yanvarında inflyasiya hesablanmasında əsas tərkibin hesabı ilə maraqlanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2007 19:48 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Orta Asiya ölkələri ilə iş üzrə departamentinin direktor müavini Vitali Kramerenkonun rəhbərliyi altında missiyası Statistika Komitəsinin 2007-ci il yanvar ayı üçün istehlak qiymətlərinin indeksinin statistikası ilə tanış olub.

Dövlət Komitəsindən Trend ə verilən məlumata əsasən, görüşün əsas məqsədi inflyasiya hesablanmasında qiymətlərin bu yaxınlarda artımı hesabının aydınlaşdırılması olub.

"Onlar əmin oldular ki, qiymətlərin artımı nəzərə alınıb. Lakin bununla yanaşı, BVF-nin metodologiyasına uyğun olaraq istehlak qiymətinin indeksinin hesablanması proqramı ilə də tanış olub. Fondun ekspertləri lazımi informasiyanı əldə etdilər. Onların iddialarının olmasına baxmayaraq, lazım olduqda müraciət etməyə söz veriblər", - deyə komitədən bildirilib.

Missiyanın rəhbəri Vitali Kramarenkonun Dövlət Statistika Komitəsinin rəhbəri Arif Vəliyevlə görüşü isə fevralın 21-nə təyin olunub.

Fevralın 14-də başlamış missiyanın səfərinin məqsədi "BVF haqqında" razılığın IV maddəsinə əsasən xülasənin aparılmasıdır.

Əsas müzakirə mövzularından biri kommunal xidmətləri və enerji daşıyıcılarının qiymətlərinin artırılması ilə bağlı Azərbaycanın Tarif Şurasının 8 yanvar 2007-ci il tarixli qərarı olacaq. Missiya bu qiymət artımı ilə bağlı yaranmış bütün məsələlərə toxunmaq niyyətindədəir.

Xəbər lenti

Xəbər lenti