...

Bakıda daha 18 körpü və keçid inşa edilə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Fevral 2007 18:03 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.Əliyev / Azərbaycanın Nəqliyyat Nazirliyi Bakı şəhərində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi layihəsinin genişləndirilməsi təklifi ilə hökumətə müraciət edib. Bu barədə Nəqliyyat Nazirliyi yanında "Azəryolservis" SC-nin başçısı Cavid Qurbanov məlumat verib. Onun sözlərinə görə, o cümlədən 18 yeni körpünün və piyada keçidlərinin tikintisi təklif olunub.

C.Qurbanovun qeyd etdiyi kimi, martda "20 Yanvar" metrosu yanında yol qovşağı və metronun yanındakı prospekti Tbilisi prospekti ilə birləşdirən tunel istismara veriləcək.

Hazırda Bakıda yeddi körpünün tikintisi aparılır. İkisi artıq istismara verilib. Həmçinin yeraltı keçidlərin tikintisi də nəzərdə tutulub. Bütün bu işlər Azərbaycan prezidentinin "2006-2007-ci illərdə Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi haqqında" sərəncamı üzrə Bakı şəhərində nəqliyyat infrastrukturunun yükünün azaldılması layihəsi çərçivəsində həyata keçirilir. Bütün işlərin iki il ərzində başa çatması planlaşdırılır. Onlar ümumilikdə 300 mln. AZN həcmində qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti