...

Azərbaycan Dövlət Baytarlıq Xidməti Bərdədə regional müşavirə keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Mart 2007 17:19 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Respublika Dövlət Baytarlıq Xidmətinin rəisi İsmayıl Həsənov Bərdədə 32 rayonun baytarlıq idarəsinin rəhbərləri ilə birgə 2006-cı ilin hesabatı ilə bağlı müşavirə keçirib. Tədbirin məqsədi ötən il görülən işlər, qarşıda duran vəzifələr və hazırda yaşanan problemlərin müzakirəsi olub.

Dövlət Baytarlıq Xidmətinin rəisi çıxışında bildirib ki, bu il rayonlardakı 10 baytarlıq idarəsi üçün binalar tikiləcək. Bundan başqa, 12 reqional baytarlıq idarəsi ABŞ-ın beynəlxalq təşkilatları ilə müqavilələr bağlayıb, Müqavilələrin əsas şərti həmin baytarlıq idarələrinin binasını yenidən tikmək, əsaslı təmir-bərpa işləri aparmaq və lazımi olan avadanlıqları almaqdır.

İ.Həsənov problemlərdən də danışıb və bildirib ki, ən böyük problem sahə baytarlıq idarələrinin binası və şəraitlərinin olmamasıdır. Bu il bu problemlər müəyyən dərəcədə aradan qaldırılacaq. İri və xırda buynuzlu mal-qaralarda, ev quşlarında yayılan xəstəliklərə qarşı daimi profilaktik tədbirlər aparıldığını deyən Dövlət Baytarlıq Xidmətinin rəisi bu il ölkəmizdə quş qripi xəstəliyinin olmadığını da bildirdi. Xəstəliklə bağlı qabaqlayıcı tədbirlər görmək üçün ilk növbədə əhali arasında maarifləndirmə işinin aparıldığını da qeyd edib.

Xəbər lenti

Xəbər lenti