...

MBask beynəlxalq reytinq almaq üçün danışıqlara başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2007 19:43 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ MBask beynəlxalq reytinq almaq üçün məsləhətçilərlə danışıqlara başlayıb. Bu barədə məlumatı şirkətin idarə heyətinin sədri Cəmil Məlikov verib. Onun sözlərinə görə, məsləhətləşmələr bu prosesdə kömək edə biləcək Bridge Investment adlı ingilis şirkəti ilə aparılır.

"Biz birbaşa olaraq beynəlxalq reytinq agentlikləri ilə əlaqə saxlaya bilmirik, amma məsləhətçi şirkət bunu etmək iqtidarındadır və eyni zamanda lazımi sənədlərin hazırlanmasında bizə köməklik göstərə bilər", - deyə C.Məlikov bildirib. Bu il şirkət reytinq alınması üçün hazırlıq işlərinə başlamaq niyyətindədir, lakin kifayət qədər sürətli hazırlıq işləri gedərsə, 2007-ci ildə də bu reytinqin alınması istisna olunmur.

Mbask-ın planlarına Standard , yaxud AM Best beynəlxalq agentliklərinin reytinqini almaq daxildir.

Xəbər lenti

Xəbər lenti