...

Ekspert:Bakıdakı yeni tikilidə qəza texniki proseslərin pozulması səbəbindən baş verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2007 11:49 (UTC +04:00)
Ekspert:Bakıdakı yeni tikilidə qəza  texniki proseslərin pozulması səbəbindən baş verib

Azərbaycan,Bakı/müxbir Trend Ü.İsmayılova/Abşeron yarımadasının landşaftı çoxlu sayda çoxmərtəbəli evlərin tikintisi üçün uyğun deyil. Bu barədə "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin icraçı direktoru Nüsrət İbrahimov bildirib.

"Sonsuz yeni tikililər böyük miqyaslı sürüşmələrə səbəb ola bilər", - deyə o bildirib.

İbrahimovun sözlərinə görə, bu Bakıda yeni binaların tikintisinin sürətlənməsini müəyyən müddətə dayandırmaq üçün yeganə səbəb deyil.

"Bakıda bir çox binalar metaldan olan və 100- 150 metr yerin alt qatına girən fundament üzərində deyil, özül üstündə tikilir", - deyə o bildirib.

İbrahimovun sözlərinə görə, bu həftə Bakıda tikilən binanın son iki mərtəbəsində beton lövhələrin uçması çox güman ki, texniki proseslərin, həmçinin təhlükəsizlik texnikasının pozulması səbəbindən baş verib.

Xatırladaq ki, beton lövhələrin uçması nəticəsində bir neçə nəfər xəsarət alıb.

Xəbər lenti

Xəbər lenti