...

Dünya Bankı Azərbaycana 30 mln. dollar həcmində kredit verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Mart 2007 14:25 (UTC +04:00)
Dünya Bankı Azərbaycana 30 mln. dollar həcmində kredit verib

Azərbaycan, Bakı/ Trend mübxbir A.Qasımova/ Dünya Bankı Azərbaycana daşınmaz əmlakın qeydiyyatı layihəsi üçün 30 mln. dollar vəsait ayırıb. Bankın məlumatında göstərildiyi kimi, layihənin əsas məqsədi Azərbaycanda daşınmaz əmlalkın etibarlı, açıq, effektiv qeydiyyatına zəmanətdir. Kredit 5 il ödəmə möhləti ilə 20 ilə nəzərdə tutulub.

"Azərbaycanda baş verən bəzi proseslər sürəti azalda və işin qiymətini artıra bilər, lakin sistemin intitusionallaşdırılması üçün əsas məsələ Azərbaycanda iqtisadi inkişafın daha da artması və əlverişli olmasıdır",-deyə VB layihəsinin yaradıcısı Hevin Adlinqton bildirib.

Sənəddə göstərilir ki, "Sovet dövründə Azərbaycanda planlı iqtisadiyyat mövcud olub və şəxsi mülkiyyət məhdud olub". Lakin, VB qeyd edir ki, "Son iki ildə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı qanunvericilik məsələləri həll olunub və hakimiyyət orqanları artıq mülkiyyətin qeydiyyatı ilə bağlı təkəbbürlü plana və avtomatlaşdırılmış sistemdən xidmətlər göstərilməsinə başlayıb.

Bu layihə çərçivəsində həm fiziki, həm də hüquqi şəxslər kredit ala biləcəklər.

Azərbaycan 1992-ci ildən etibarən Dünya Bankının üzvüdür. Bu müddət ərzində ölkəyə 32 layihə çərçivəsində 1 mlrd. dollardan çox vəsait ayrılıb.

Xəbər lenti

Xəbər lenti