...

"Ahmedov & Co.İnc" Azərbaycanda investisiya fəaliyyəti həyata keçirir-Milli Bank xəbər verir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Mart 2007 19:52 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova / Azərbaycan Milli Bankı (AMB) tərəfindən aparılmış ilkin araşdırma nəticəsində müəyyən edilib ki, "Ahmedov & Co.İnc" şirkəti investisiya xidmətləri təklif edir və əməliyyatları depozit xarakteri daşımır. Bu barədə AMB-nın çərşənbə axşamı yayılmış məlumatında göstərilib. Bu səbəbdən onun fəaliyyəti Milli Bankın qanunla təsbit olunmuş tənzimləmə və nəzarət səlahiyyətlərindən kənardır. Şirkətin təmsilçiləri ilə görüşdə onun rəsmi nümayəndəsinə depozit əməliyyatlarının aparılmasına dair Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri izah edilib.

Bununla əlaqədar Milli Bank bir daha əhalinin nəzərinə çatdırır ki, investisiya əməliyyatlarından fərqli olaraq depozit (əmanət) əməliyyatları yalnız Milli Bankdan lisenziya almış banklar tərəfindən həyata keçirilə bilər. 2007-ci ilin avqust ayından etibarən isə fəaliyyətə başlayacaq Əmanətlərin Sığortalanması Fondu tərəfindən əhalinin ancaq əmanət formasında banklarda yerləşdirdikləri pul vəsaitlərinə əlavə zəmanət veriləcək.

"Ahmedov & Co.İnc" şirkətinin fəaliyyəti ilə bağlı araşdırmalar vətəndaşlar tərəfindən onun fəaliyyətilə bağlı daxil olan sorğular əsasında aparılıb. Sorğularda göstərilirdi ki, "Ahmedov & Co.İnc" şirkəti 60 faiz divident ödəməklə fiziki və hüquqi şəxslərdən iri məbləğdə vəsaitləri cəlb edir.

Xəbər lenti

Xəbər lenti