...

İcracı direktor: "İpoteka kreditlərinin verilməsi ilə bağlı Zəmanət Fondunun yaradılmasını nəzərdə tutan təkliflər hökumətə təqdim olunub"

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2007 19:11 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ İpoteka kreditlərinin verilməsi ilə bağlı Zəmanət Fondunun yaradılmasını nəzərdə tutan təkliflər hökumətə təqdim olunub. Bu barədə bazar ertəsi Bakıda Milli Bankın icraçı direktoru Rüfət Aslanlı məlumat verib.

O qeyd edib ki, prezident İlham Əliyev Zəmanət Fondunun yaradılması qaydalarının hazırlanması üçün Milli Banka 2 ay vaxt vermişdi: "Yaradılacaq Zəmanət Fondunun Əsasnaməsinin layihəsi hazırlanıb və razılaşdırılıb. Bu istiqamətdə iş yekunlaşmaq üzrədir. Hazırda bununla bağlı ölkə prezidentinin xüsusi sərəncamının layihəsi hazırlanır", -deyə icraçı direktor əlavə edib. R.Aslanlı deyib ki, Zəmanət Fondu əsasən güzəştli kredit almaq istəyən vətəndaşlarımıza xidmət edəcək.

Zəmanət Fondu ipoteka krediti almaq istəyən, amma ilkin ödəmə imkanı olmayan vətəndaşların əvəzinə kretidi verən banklara və ya İpoteka Fonduna zəmanət verəcək. Qaydalara görə, gələcəkdə ipoteka krediti üzrə öhdəliklər icra olunmasa, alınmış mənzil satılmalıdır. Əgər mənzilin satılmasından əldə olunan vəsait cari öhdəliyi bağlamasa, qalan pulu Zəmanət Fondu ödəyəcək. 

Xəbər lenti

Xəbər lenti