...

Milli Bankın rəhbərliyi yeni "faiz dərəcələri dəhlizi" konsepsiyasının reallaşdırılması barədə qərar qəbul edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2007 20:59 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Xəlilova/ Milli Bankın qərarı ilə 2 aprel 2007-ci il tarixindən etibarən "faiz dərəcələri dəhlizi"nin ən yuxarı və ən aşağı hədləri və yenidənmaliyyələşdirilmə dərəcələri təsdiq olunub. Milli bankın məlumatına əsasən faiz dəhlizinin yuxarı həddi 19%, aşağı həddi 5% olmaqla, uçot dərəcəsi 12% səviyyəsində müəyyən olunub. Yeni dəyişikliklərin əsas məqsədi faiz dərəcələrinə təsir göstərməklə pula olan izafi tələbi məhdudlaşdırmaq və beləliklə də inflyasiyanın azalmasına təsir göstərməkdir

Milli Bank 2007-ci ilin II rübündən başlayaraq "faiz dərəcələri dəhlizi" konsepsiyasının reallaşdırılmasına başlayır. Pul siyasətinin reallaşması mexanizmlərinin mütərəqqi formalarından olan "faiz dəhlizinin" tətbiqinin məqsədi yeni əməliyyat strukturunu nəzərdə tutmaqla Milli Bankın iqtisadiyyatda pulun dəyərinə təsir etmək imkanlarının genişləndirilməsi və bununla operativ monetar idarəetmənin səmərəsinin daha da artırılmasına şərait yaratmaqdan ibarətdir.

Əməliyyat ların yeni strkturuna müvafiq olaraq, Milli Bank pul bazaında əməliyyatları iki istiqamətdə - ramka alətləri vasitəsilə və açıq bazarda əməliyyatlar vasitəsilə həayata keçirəcək.

Faiz dərəcələri dəhlizinin göstəricilərinin qiymətləndirilməsi Milli Bank tərəfində iki aydan bir aparılacaq. AMB rəhbərliyinin qərarı olduğu təqdirdə də bunun əlavə aparılması da mümkün olacaq.

Dərəcələrinin belə dəyişdirilməsi iqtisadiyyatda yığım səviyyəsinin artmasına və cəlb olunan əlavə vəsaitlərin hesabına bank sektorunun resurs bazasının genişlənməsinə səbəb olacaqdır.

Xəbər lenti

Xəbər lenti