...

Azərbaycan maliyyə naziri və Milli Bankın İdarə Heyəti sədrinin Türkiyəyə səfəri başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2007 17:33 (UTC +04:00)
Azərbaycan maliyyə naziri və Milli Bankın İdarə Heyəti sədrinin Türkiyəyə səfəri başlayıb

Azərbaycan, Bakı // Trend müxbir E.Hüseynli/ Azərbaycan maliyyə naziri Samir Şərifov və Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun bu gün Türkiyəyə səfəri başlayıb. Bu barədə çərşənbə axşamı Trend ə açıqlamasında Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Zakir Həşimov məlumat verib.

Səfirin sözlərinə görə, Şərifov və Rüstəmov Ankaranın Bilkənd Universitetində təşkil olunan beynəlxalq iqtisadi konfransda iştirak edəcəklər. Bilkənd Universitetinin təsisçisi İhsan Doğramacı və universitetin rektoru Əli Doğramacının təşkil etdiyi beynəlxalq konfransda bir sıra dövlətlərin maliyyə nazirləri, bankirləri iştirak edəcəklər.

Daha sonra Azərbaycan hökumətinin nümayəndələri aprelin 5-7-də İqtisadi Əməkdaşlıq Təşkilatının Antalyada keçiriləcək maliyyə və iqtisadiyyat nazirlərinin ikinci toplantısında iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti