...

"Access Microfinance Holding" şirkətinin Azərbaycan Mikromaliyyələşdirmə Bankının səhmdarlığına daxil olma prosesi başa çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Aprel 2007 14:19 (UTC +04:00)

Azərbaycan,Bakı / Trend /9 aprel 2007-ci il tarixində Azərbaycan Respublikasının prezidenti yanında qiymətli kağızlar üzrə Komitədə AMMB-nin nizamnamə kapitalının 11 milyon manat məbləğinədək artırılması və əlavə səhmlərin buraxılması üçün qeydiyyat prosesi başa çatıb. Bu barədə bankın məlumatında bildirilib.

Kapitalın artırılmasında səhmdarların beşi də iştirak edib və daha bir səhmdar - "Access Microfinance Holding" Şirkəti AMMB-nin səhmdarlar siyahısına altıncı səhmdar olaraq daxil olub.

Kapital artımından sonra AMMB-nin səhmdarlarının strukturu aşağıdakı kimidir: Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qaradəniz Ticarət və İnkişaf Bankı - hər biri 20%,  Almaniya Dövlətinin İnkişaf Agentliyi KfW - 24.95%, "LFS Financial Systems GmbH" alman məsləhət şirkəti - 5.09%, və "Access Holding" - 9.95

"Bankın səhmdarlarının, eləcə də "Access Holding" Şirkətinin bizim banka investisiya yatırmaq arzuları bankın işindən məmnunluğu və AMMB-nin gələcəyinə inamı bir daha sübut edir. Bu bir daha onu göstərir ki, bizim səhmdarlar bankın gələcək inkişafına və biznesin parlaq gələcəyinə əmindirlər" - deyə İdarə Heyətinin sədri Andryu Pospilovski bildirib.

Yalnız 2006-cı il ərzində Azərbaycan Mikromaliyyələşdirmə Bankı 3 dəfə artmışdır: kredit portfeli 50 milyon ABŞ dollarınadək artmışdır, bununla da Azərbaycan xalqı AMMB-nin təqdim etdiyi əmanətlərin effektivliliyinə bir daha əmin olmuşlar və sabaha böyük inamla pullarını AMMB-yə yatırırlar.

AMMB-nin filialları Bakıda, eləcə də Sumqayıt, Şəki, Gəncə, Lənkəran və Xaçmaz şəhərlərində fəaliyyət göstərir. Çox qısa müddət ərzində AMMB ViSA sertifikasiyasına keçmiş, bankomatların və POS terminalların şəbəkəsini genişləndirmişdir. Bütün bunlar diqqətdən kənarda qalmamışdır.

Şirkət 2006-cı ilin avqust ayında Berlində yaradılmışdır. "Access Holding" 18 mln. avro miqdarında nizamnamə kapitalına malikdir. Onun səhmdarları KfW İnkişaf Bankı, Avropa Investisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və Omidyar Tufts Mikromaliyyələşdirmə Fondudur.

Şirkətin əsas məqsədi mikromaliyyələşdirmə institutlarına investisiya yatırmaqdan və bu investisiyaları səhmlərin, holdinq xidmətlərin və onun texniki ortağı olan LFS Financial Systems GmbH (LFS) tərəfindən təqdim olunan inzibati xidmətlərin hesabına inkişaf etdirməkdən ibarətdir.

Xəbər lenti

Xəbər lenti