...

Ekspert: "Ukraynadakı siyasi vəziyyət ölkənin makroiqtisadi sabitliyinə təsir etmir"

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2007 15:30 (UTC +04:00)
Ekspert: "Ukraynadakı siyasi vəziyyət ölkənin makroiqtisadi sabitliyinə təsir etmir"

Ukrayna, Kiyev/ Trend müxbir Z.Novosvitskiy/ Ukraynadakı siyasi vəziyyət ölkənin makroiqtisadi sabitliyinə təhlükə törətmir. Bu barədə Trend ın xüsusi müxbirinə Kiyevdə Beynəlxalq perspektiv araşdırmalar mərkəzinin eksperti Yevqeniya Axtırko bildirib.

"Ukrayna iqtisadiyyatı sübut etdi ki, siyasi rəhbərlik olmadan, hətta iki ildir ki davam edən qeyri-sabit siyasi vəziyyətdə də kifayət qədər uğurla inkişaf edə bilər" - deyə Axtırko söyləyib. "Buna görə də demək olmaz ki, Ukraynadakı siyasi qeyri-sabitlik iqtisadiyyatı ele üsulla destabilizasiya edib ki, bu iqtisadi artım göstəricilərinə təsir edir".

Onun sözlərinə görə, iqtisadiyyat üçün risklər artır. Əgər siyasi mübarizə bu səviyyədə qızışarsa, bu həm istehlakçıların, həm də investorların öz investisiya qərarlarını dəyişmələrinə gətirib çıxara bilər.

"Bu, yalnız siyasi mübarizənin son dərəcədə kəskinləşəcəyi təqdirdə - məsələn ölkənin siyasi quruluşunun dəyişdirilməsinə cəhd, bu və ya digər tərəfdən muxtar idarəetmə rejiminə cəhd, yaxud münaqişənin güc yolu ilə həll edilməsinə cəhdi edilərsə mümkün ola bilr. Ancaq hal-hazırda bu yalnız risk olaraq qalır" - deyə Axtırko bildirib.

Xəbər lenti

Xəbər lenti