...

"Bank TuranAlem"in Direktorlar Şurasının sədri: "Azərbaycanın maliyyə bazarı maraqlı və dinamikdir"

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Aprel 2007 11:36 (UTC +04:00)
"Bank TuranAlem"in Direktorlar Şurasının sədri: "Azərbaycanın maliyyə bazarı maraqlı və dinamikdir"

Qazaxıstan, Astana / müx. Trend K.Konırova / "Bank TuranAlem" Bakıda öz törəmə strukturunu açmaq niyyətindədir. Bu məlumatı Trend ın Astanadakı xüsusi müxbiri verib. "Bank TuranAlem"in Direktorlar Şurasının sədri Muxtar Ablyazov bildirib ki, Azərbaycanın maliyyə bazarı kifayət qədər maraqlı və dinamikdir. "Bu üzdən də bizim üçün böyük maraq doğurur" - deyə o vurğulayıb.

Ablyazov qeyd edib ki, "Bank TuranAlem"in planlarında bütün MDB respublikalarında və digər ölkələrdə filiallarını açmaq niyyəti var.

"Biz özümüzü qlobal maliyyə institutu kimi dəyərləndiririk. Ona görə də MDB-dən başqa Avropa, Türkiyə və Çin kimi istiqamətlərdə çalışmalıyıq" - deyə o bildirib.

Ablyazovun sözlərinə görə, Bakıda açılacaq törəmə şirkət fiziki şəxslərin maliyyələşdirilməsindən tutmuş biznes-layihələrədək olan xidmətlər sahəsini əhatə edəcək. Güman olunur ki, filial bu ilin ikinci yarısında fəaliyyətə başlayacaq.

"Bakı-Tbilisi-Ceyhan boru kəmərinin açılması təkcə neftin nəqli və bu ölkəyə neftçilərin gəlişi ilə müşahidə olunmur. Paralel olaraq bu, digər sahələrə investisiyaların qoyuluşunu stimullaşdırır. Burada baza iqtisadiyyatının yüksək inkişaf templəri var. Nəticədə bu, yerli və xarici sərmayələrin axınına gətirib çıxarır. Biz görürük ki, bura daxil olsaq, yaxşı pullar qazanacağıq, rəqabətə dözümlü olacağıq" - deyə o əlavə edib.

Ablyazov qeyd edib ki, Gürcüstanda "Bank TuranAlem" uğurla fəaliyyət göstərsə də, Azərbaycandakı imkanlar daha böyükdür. "Tbilisidə milyondan artıq insan yaşayır. Bakıda isə kapitalın cəmlənməsi çox yüksəkdir, burada 4 milyon adam yaşayır" - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti