...

Azərbaycanın Gəncə şəhərində çörək istehsalı azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Aprel 2007 16:03 (UTC +04:00)

Azərbaycan, Gəncə / müx. " V.Məmmədov/ İlin birinci rübünün yekunlarına həsr olunan hesabat toplantısında Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbəri Eldar Əzizov bəyan edib ki, şəhərdə çörək istehsalı 2,1 faiz azalıb. Əzizov aidiyyatı orqanlara bu problemin yaranma səbəblərini araşdırmağı tapşırıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin istehsalat sahələri sektoru və sosial-iqtisadi xidmətlər bölməsinin rəis müavini Rafiq Şəfiyev bunu iqtisadi geriləmə ilə əlaqələndirib. O hesab edir ki, bu, ilk növbədə enerji daşıyıcılarının yeni qiymətləri ilə bağlıdır. Şəfiyevin sözlərinə görə, əvvəlki gəlirdən məhrum olan sahibkarlar çörəyin çəkisini azaldıblar. Bu da əhaliyə sərf etmir. "Əhali çörəyi evdə bişirməyə üstünlük verir və nəticədə çörəyə tələbat azalır. Bu və qeyd etdiyim kimi enerji daşıyıcılarının qiymətlərinin artımı çörəkbişirmə sexlərini istehsalın həcmini azaltmağa vadar etdi" - deyə Şəfiyev bildirib.

Şəfiyev bu məsələ ilə bağlı digər səbəbə də toxunub. Onun sözlərinə görə, məhsulun sayını azaltmaqla sahibkarlar vergidən yayınmağa çalışırlar.

Gəncə Şəhər Vergilər İdarəsinin vergi ödəyicilərə xidmət bölməsinin rəisi Azər Məmmədov isə çörəkbişirmə sexlərinə mütəmadi reydlərin edildiyini bildirib. Onun sözlərinə görə, bu reydlər vergidən yayınma hallarının qarşısını almaq məqsədi daşıyır.

Xəbər lenti

Xəbər lenti