...

"Global Finance" Azərbaycan Beynəlxalq Bankını "İnkişaf edən bazarların ən yaxşı bankları" nominasiyasının qalibi elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Aprel 2007 16:38 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Amerikanın "Global Finance" jurnalı növbəti dəfə Azərbaycan Beynəlxalq Bankını "İnkişaf edən bazarların ən yaxşı bankları", həmçinin Azərbaycanın ən yaxşı bankı nominasiyasının qalibi elan edib. Bu barədə "Global Finance" jurnalının redaksiyasının press-relizində göstərilib. Qaliblər redaksiya üzvləri, bank və maliyyə məsləhətçiləri tərəfindən, həmçinin beynəlxalq şirkət və korporasiyaların rəhbərlərinin iştirakı ilə seçilib.

Komissiya aktivlərin artımı, gəlirlilik, starteji inkişaf, maliyyə və iqtisadi göstəricilər, rəqabət üstünlüyü və innovasiya məhsulları kimi maliyyə və iqtisadi göstəriciləri nəzərə alıb. Qeyd olunub ki, ABB-nin göstəriciləri ötən illərin göstəricilərini əhəmiyyətli dərəcədə ötüb. ABB-nin inkişaf tempinə isə xüsusi diqqət ayrılıb.

Azərbaycan Beynəlxalq Bankı 2002-ci ildən etibarən 5 ildir ki, bütün maliyyə və iqtisadi göstəricilərə əsasən, Azərbaycanın ən yaxşı bankı seçilir. "ABB-nin etibarlılıq və təhlükəsizlik strukturu bütün dünya standartları və normalarına cavab verir. Bank regiondakı Kazkommertsbank (Qazaxıstan), National Bank of Pakistan (Pakistan), ICICI (Hindistan), China Construction Bank (Çin) və s. kimi banklarla birgə layiqli lider mövqe tutur",-deyə bankın məlumatında göstərilib.

Xəbər lenti

Xəbər lenti