...

Azərbaycan hökuməti və DB məcburi sığortanın tətbiqi öhdəliklərilə bağlı təklifləri müzakirə edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Aprel 2007 21:03 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Azərbaycanın səhiyyə sisteminin yenidənqurulması məsələsi maliyyə naziri Samir Şərifov və səhiyyə naziri Oqtay Şirəliyevin Enis Barışın rəhbərlik etdiyi Dünya Bankının missiyası ilə görüşün müzakirə mövzusu olub. Bu barədə Maliyyə Nazirliyinin məlumatında göstərilib.

Müzakirələr zamanı məcburi tibbi sığortanın tətbiqi, bu barədə normativ-hüquqi aktların hazırlanması məsələlərinə baxılıb və bu sahədə müəyyən idarəetmə mexanizminin yaradılması məqsədəuyğun hesab olunub.

Tibbi sığortanın tətbiqi ilə bağlı keçiriləcək islahatların vaxtı ilə əlaqədar müzakirələrdən sonra tibb müəssisələrinin yerləşməsi, hüquqi statusu, tibb işçilərinin sosial müdafiəsi ilə bağlı baş planın işlənməsi barədə qərar qəbul olunub.

Səhiyyə sahəsində islahatlar proqramının həyata keçirilməsi ilə bağlı layihənin kreditləşməsi sazişi 9 oktyabr 2006-cı ildə Azərbaycan hökuməti ilə Beynəlxalq inkişaf assosiasiyası (DB) arasında imzalanıb. Ayrılacaq kreditin həcmi 51 mln. dollardır. Layihədə Azərbaycan hökumətinin iştirak payı isə 28,3 mln. dollardır.

Xəbər lenti

Xəbər lenti