...

Azərbaycan parlamenti "Auditorun mülki hüquq məsuliyyətinin icbari sığortası haqqında" qanun layihəsini qəbul edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 May 2007 20:22 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycan parlamentinin çərşənbə axşamı keçirilən iclasında "Auditorun mülki hüquq məsuliyyətinin icbari sığortası haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

Parlamentin İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə bildirib ki, "Auditorun mülki hüquq məsuliyyətinin icbari sığortası haqqında" qanun layihəsi birinci oxunuşda qəbul olunduqdan sonra Maliyyə Nazirliyi, Milli Bank və Auditor Palatası nümayəndələrinin iştirakı ilə İqtisadi siyasət daimi komissiyasında müzakirə olunub. Verilən təkliflər komissiyada və İqtisadi qanunvericilik şöbəsində yaradılan İşçi Qrup tərəfindən öyrənilib və qanun layihəsinin bəzi maddələrində əlavə və dəyişikliklər edilib.

Qanun Azərbaycan ərazisində auditor xidməti ilə məşğul olan fiziki və hüquqi şəxslərin auditin keçirildiyi təşkilat qarşısında mülki hüquq məsuliyyətinin icbari sığortası sahəsində münasibətləri tənzimləyəcək və mülki hüquq məsuliyyətinin icbari sığortasının hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyənləşdirəcək.

Müzakirələrdən sonra "Auditorun mülki hüquq məsuliyyətinin icbari sığortası haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul olunub. Müzakirələrdən sonra "Auditorun mülki hüquq məsuliyyətinin icbari sığortası haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

Xəbər lenti

Xəbər lenti