...

Azərbaycanda könüllü əsasda vergi bəyannamələrinin təqdim edilməsi 91,1 faiz təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 May 2007 17:28 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova / Azərbaycanın Vergilər Nazirliyi 2006-ci ilin yekunlarına əsasən hüquqi şəxslərin mənfəətinə və fiziki şəxslərin gəlirlərinə dair bəyannamələrin qəbulu prosesini yekunlaşdırıb. Bu barədə nazirlikdən verilən məlumatda bildirilir. 11 974 vergiödəyicisindən vaxtında vergi orqanlarına öz bəyannaməsini 10903 nəfər təqdim edib. Bu isə ümumi göstəricinin 91,1 faizini təşkil edir.

Onlardan 1499 nəfər (13,7 faiz) bəyannamə əvəzinə vergi öhdəliklərinin olmaması barədə ərizələr təqdim edib. Belə hallara müvafiq qanunvericilikdə icazə verilir.

Mənfəət vergisi üzrə təqdim olunan bəyannamələrin sayı 8150 (9011 vergiödəyicisi arasında) olub. Bu, 90,4 faiz təşkil edir. Ticarət əməliyyatlarının olmaması səbəbindən 886 vergiödəyicisi (10,9 faiz) bəyannamə əvəzinə müvafiq ərizələr təqdim edib.

Naxçıvan Muxtar Respublikasında (NMR) vaxtında mənfəət vergisi üzrə bəyannaməni vergiödəyicilərin 99,1 faizi təqdim edib. İri Vergiödəyicilərlə İş üzrə Departamentdə müvafiq göstərici 98,5 faiz, Bakı şəhər Vergi Departamentində isə 87,4 faiz təşkil edib.

Gəlirdən alınan vergiyə gəldikdə isə 2963 fiziki şəxsdən vaxtında 2753 bəyannamə təqdim olunub. Bu, 92,9 faiz təşkil edir. Onlardan 613 (22,3 faiz) nəfər ərizə verməklə kifayətlənib. NMR-də sözügedən vergi növü üzrə təqdim olunan bəyannamələr 100 faiz, Bakı departamentində isə 90,6 faiz təşkil edib.

Xəbər lenti

Xəbər lenti