...

Azərbaycan Beynəlxalq Bankının rəhbəri: Pensiyaçılar depozit hesabları aça bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 May 2007 17:52 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankının rəhbəri: Pensiyaçılar depozit hesabları aça bilər

Azərbaycan, Bakı/ Trend Ü.İsmayılova/ Azərbaycanın Sosial Müdafiə Fondu pensiya kartlarındakı qalıq vəsaitləri əlavə dividentlərin alınması üçün depozit kimi rəsmiləşdirmək təklifi ilə Beynəlxalq Banka müraciət edib. Bu barədə cümə günü Beynəlxalq Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyev bildirib.

"Hazırkı halda bu əməliyyat öz dəyərini itirir", - deyə o bildirib.

Bu əməliyyatın faydasızlığını bildirən Hacıyev söyləyib ki, pensiyaçının hesabına köçürülmüş pul elə həmin gün də götürülür.

"Yaxşı olardı ki, pensiyaçılar ayrıca depozit hesabları açardı, necə ki, onların kartı ilə metro gedişlərində istifadə etmək, kommunal və elektik enerjisi xərclərinə görə hesablaşmaq olur",-deyə o söyləyib.

Bu gün pensiyaçıların 98-99 faizi öz müavinətlərini bank kartları vasitəsilə alırlar. Onlar 950 min pensiyaçıya təqdim olunub. Dövlət Fondunun müvəkkil bankları qismində Beynəlxalq Bank və Kapital Bank çıxış edirlər.

Artıq dörd ildir ki, pensiyaların da verilməsi üçün də istifadə oluna bilən kartların verildiyi beynəlxalq ödəmə sistemi Visa International-ın iştirakı ilə pensiya layihəsi həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti