...

Gürcüstan dövlət büdcəsinin xərc hissəsi artır

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2007 17:38 (UTC +04:00)

Gürcüstan, Tiflis/ Trend müxbir N.Kirsxalia/ Gürcüstanın dövlət büdcəsi 648 mln. lari (1 dollar - 1,67 lari) artacaq. Bunu cümə günü hökumətin iclasının yekunları ilə bağlı brifinqdə baş nazir Zurab Noqaideli bildirib.

"Bu dəyişiklik çox mühimdir, belə ki, hələ bir neçə il öncə ölkənin bütün büdcəsi bu məbləğə bərabər idi",-deyə o bildirib.

Prioritetlərlə bağlı isə Noqaideli bildirib ki, bu, sosial sahənin yaxşılaşdırılması, Gürcüstan Silahlı Qüvvələrində isalahatlar və müasirləşdirilmə, yolların, digər infrastrukturun və kənd təsərrüfatının yaxşılaşdırılmasıdır. Xüsusilə meliorasiya, özündə məktəblərin tikintisini nəzərdə tutan təhsil sahəsi.

Ümumilikdə isə Gürcüstan büdcəsinin xərc hissəsi 648 mln. lari artır. Sahələr üzrə artım isə aşağıdakı kimi görünür:

- prezident administrasiyası - 2 466 900 lari,

- hökumət dəftərxanası - 1 300 100 lari,

- Ədliyyə Nazirliyi - 9 695 900 lari,

- Müdafiə Nazirliyi - 442 100 000 lari,

- DİN - 97 208 000 lari,

- Elm və Təhsil Nazirliyi - 25 517 900 lari,

- Energetika Nazirliyi - 8 793 200 lari,

- Cənubi Osetiya ərazisində müvəqqəti inziati vahid - 12 400 000 lari,

- Ətraf Mühit və Təbii Ehtiyatların Mühafizəsi Nazirliyi - 5 597 900 lari,

- Kənd Təsərrüfatı Nazirliyi - 2 597 900 lari.

Hökumətin xərclərinin artımı ilə bağlı inflyasiya proseslərinin sürətlənəcəyi məsələsinə münasibət bildirən nazir ilin sonuna kimi bu göstəricinin 8,5 faizi ötməyəcəyini bildirib.

"Dövlət hələ investisiya artımı, pul kütləsinin toplanması, makroiqtisadi göstəricilərin

saxlanılmasının öhdəsindən gələ bilir",-deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti