...

Antiinhisar Dövlət Xidməti Azərbaycanın audio-video bazarlarında monitorinqlərə hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 May 2007 15:39 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidməti lisenziyasız proqram təminatlarının istehsalı və satışı faktlarını aradan qaldırmaq məqsədilə monitorinqlər keçirmək niyyətindədir. Eyni zamanda qurum bu monitorinqlərlə holoqramı olmayan saxta, pirat kino və cizgi filmlərinin, musiqi əsərlərinin satışının qarşısını almaq istəyir. Bu barədə nazirliyin cümə axşamı yaydığı məlumatda bildirilir. Qeyd edək ki, monitorinqlər təkcə Bakını yox, həmçinin ölkənin böləglərini də əhatə edəcək.

Saxta və pirat audio məhsullar aşkarlanacağı təqdirdə, müvafiq təsərrüfat subyektlərinə qarşı antiinhisar və reklam qanunvericiliyi əsasında tədbirlər tətbiq ediləcək, həmin mallar isə satışdan çıxarılacaq.

Antiinhisar Dövlət Xidməti təsərrüfat subyektlərinə qanunvericiliyə uyğun fəaliyyət göstərməyi tövsiyə edir.

Xəbər lenti

Xəbər lenti