...

Əmək müfəttişliyi: birinci rübdə 646 işəgötürən 54 429 manat məbləğində cərimələnib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyun 2007 11:41 (UTC +04:00)
Əmək müfəttişliyi: birinci rübdə 646 işəgötürən 54 429 manat məbləğində cərimələnib

Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova/ İlin birinci rübündə Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əəmək Müfəttişliyi fəhlələrin hüquqlarının pozulması faktları əsasında 646 işəgötürəni 54 429 manat məbləğində cərimələyib. Bu haqda müfəttişliyin rəhbəri Nəbi Şükürlü məlumat verib.

Onun sözlərinə görə, müfəttişlik birinci rübdə 481 təşkilatda (207 dövlət və 274 qeyri-dövlət) monitorinqlər keçirib. Yanvardan marta kimi müfəttişliyə 390 şikayət daxil olub.

Monitorinq nəticəsində əmək hüquqlarının 2280 pozulması faktı qeyd edib. Bununla əlaqədər 1953 işəgötürən xəbərdarlıq alıb.

Xəbərdarlıqdan sonra pozuntulara yol verən müəssisələr 184 299 manat həcmində gecikdirilmiş məvacibləri ödəyiblər. Həmçinin fəhlələrə 6 490 manat istehsalda aldıqları ziyana və 1041 manat müxtəlif sosial təminatlar və kompensasiyalar qismində ödənilib.

Qeyri-qanuni işdən uzaqlaşdırılmış iki fəhlə geri işə qaytarılıb.

İlin ilk üç ayı ərzində istehsalatda 54 bədbəxt hadisə qeyd alınıb. Bunların nəticəsində 15 nəfər həlak olub, 35 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.

Bədbəxt hadisələrin 26 faizi tikinti obyektlərində baş veş verib. Bu səbəbdən də martdan etibarən müfəttişlik müvafiq ərazilərdə əlavə reydlər keçirir.

Əmək müfəttişliyi fəhlələrin hüquqlarının qorunmasına nəzarət edən orqandır. Qurum 1997-ci ilin 27 yanvarında Azərbaycan prezidentinin qərarı ilə yaradılıb.

Xəbər lenti

Xəbər lenti