...

ECO təşkilatın üzv ölkələrində özəlləşdirməni dəstəkləməyə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyun 2007 16:38 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend İ.Xəlilova/Bu gün Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrdə özəlləşdirmə təcrübəsi üzrə mübadiləyə həsr olunmuş beynəlxalq seminar işinə başlayıb. Tədbirin təşkilatçıları ECO və Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsidir (DƏİODK).

ECO katibliyinin nümayəndəsi Pərviz Fərzam təşkilatın üzv ölkələri arasında müxtəlif iqtisadi sahələrdə, əsasən də nəqliyyat və ticarət sahələrində fəaliyyətin genişləndirilməsinin məqsədyönlüyünü qeyd edib. ECO bu ölkələrdə özəlləşdirməyə dəstək verməyə hazırdır, bu da öz növbəsində özəl biznesin inkişafına imkan yaradır.

DƏİODK-in rəhbər müavini Rüstəm Şahbazov bildirib ki, özəlləşdirməyə başlanan vaxtdan (1996-cı ildən) investisiyaların həcmi praktiki olaraq 1 mlrd. dollara çatıb. Lakin bu gün investisiya müsabiqələri vasitəsilə özəlləşdirilmiş dövlət müəssisələrinə 343 mln. dollar qoyulub.

Bu günə qədər 30 mindən çox kiçik müəssisə və obyektlər özəlləşdirilib, 1520 orta və iri müəssisə isə səhmdar cəmiyyətə çevrilib. Özəlləşdirmə çərçivəsində səhmdar hüququnu 200 min nəfər alıb, 400 min nəfər isə kiçik özəlləşdirmə vasitəsilə əmlak mülkiyyətçisi olub.

"Azərbaycanda özəlləşdirmənin 12 ili ərzində modelin formalaşdırılması və təkmilləşdirilməsi üzrə daim işlərin aparılmasına baxmayaraq, hər zaman digər ölkələrdə özəlləşdirmə təcrübəsindən yararlanmaq olar. Bu cür tədbirin həyata keçirilməsi ECO dövlətlərində baş verən proseslər haqqında bilmək üçün ən yaxşı vasitədir", deyə Şahbazov bildirib.

Öz ölkələrində özəlləşdirmə prosesləri barədə Türkiyə, İran, Pakistan, Əfqanıstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistanın müvafiq dövlət strukturlarının nümayəndələri danışacaq. "Ernst

Seminarın birinci günündə həmçinin 3-6 iyul 2006-cı il tarixdə Tehranda qəbul olunmuş özəlləşdirmə sahəsində ECO əməkdaşlığı üzrə fəaliyyət Planının yerinə yetirilməsi vəziyyəti müzakirə olunacaq. İkinci gün Azərbaycanda özəlləşdirmə prosesinin real nəticələri ilə tanışlıq üçün tədbir iştirakçıları müəssisələrə baş çəkəcək.

ECO 1985-ci ildə İran, Pakistan və Türkiyənin iştirakı ilə yaradılıb. Bu regional hökumətlərarası təşkilatın mənzil qərargahı Tehranda yerləşir. 1992-ci ildə təşkilata Əfqanıstan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan qoşulub.   

Xəbər lenti

Xəbər lenti