...

Azərbaycan XİN başçısı: "Azərbaycanla Bəhreyn iqtisadi sahədə əməkdaşlığı genişləndirirlər" (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyun 2007 16:30 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva/ Azərbaycanla Bəhreyn ikitərəfli əməkdaşlığa dair yeddi saziş imzalamaqla əməkdaşlığın hüquqi bazasını genişləndirəcəklər. Bunu cümə günü Azərbaycan XİN başçısı Elmar Məmmədyarov Bəhreyn Krallığından olan həmkarı Xaled əl-Xaliflə birgə keçirdiyi brifinqdə deyib.

Nazir bildirib ki, müvafiq sənədlər ikiqat vergitutmadan azad olma, qarşılıqlı investisiyaların müdafiəsi, birbaşa aviareyslərin açılması, mədəniyyət və digər sahələrdəki əməkdaşlığı əhatə edəcək.

XİN başçıları aparılan danışıqları, habelə ikitərəfli, regional və beynəlxalq əməkdaşlıqla bağlı fikir mübadiləsini müsbət dəyərləndiriblər.

Bəhreyn XİN rəhbəri ölkəsinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini ortaya qoyaraq krallığın öz ərazi bütövlüyünü bərpa etməyə çalışan Azərbaycanı dəstəklədiyini bildirib.

"Bəhreyn qəti olaraq hər hansı xalqa qarşı yönəlmiş etnik təmizləmələrə qarşı çıxır" - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti