...

AMB və Azərbaycan hökuməti ölkədə ilin sonunadək inflyasiyanın yeni səviyyəsini elan edəcək (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyun 2007 17:05 (UTC +04:00)
AMB və Azərbaycan hökuməti ölkədə ilin sonunadək inflyasiyanın yeni səviyyəsini elan edəcək (video)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova / Azərbaycan Milli Bankı hökumətlə birgə inflyasiya ilə bağlı gözləntiləri işlədikdən sonra 2007-ci ilin sonuna kimi istehlak və baza inflyasiyasının yeni səviyyəsini elan edəcəklər. Bu barədə cümə günü Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov məlumat verib.

"BVF-in bu il inflyasiya templərinin 20 faizə çatacağı ilə bağlı gözləntiləri hesablamalarımız tərəfindən təsdiqlənmir" - deyə Rüstəmov bildirib.

Nazirlər Kabinetinin 2007-ci ilin birinci rübündə ölkənin sosial-iqtisadi inkişafının nəticələrinə həsr olunmuş iclasında Azərbaycan prezidenti inflyasiyanın qarşısının alınması, makroiqtisadi sabitliyin təmin edilməsi ilə bağlı konkret tapşırıqlar verib. Rüstəmov qeyd edib ki, bu gün AMB, hökumət və digər orqanlar bu istiqamətdə çalışırlar və inflyasiyanın artmaması üçün hər şey ediləcək.

"Əgər dərin baxsaq və yanvardakı 6,4 faizlik inflyasiyanı nəzərə almasaq, ümumilikdə situasiya adi rejimdə inkişaf edir. Yanvar inflyasiyasını istisna etsək, cari istehlak qiymətlərinin artımı 3 faiz səviyyəsindədir" - deyə o bildirib.

Rüstəmovun fikrincə, baza inflyasiyasına diqqət yetirmək gərəkdir. Onun hesablanması zamanı inzibati qaydalar əsasında tənzimlənən qiymətlərin dəyişikliyi istisna olunur. Misal kimi o, Latviyanı göstərib. Burada enerji qiymətlərinin artımı inflyasiya səviyyəsinin yüksəlməsinə təsir göstərir. Buna görə Latviyanın avrozonaya birləşdirilməsi 3-4 ilə təxirə salınıb. Müvafiq anlaşmaya görə, AB-yə üzv dövlətdə inflyasiya 3 faizdən artıq olmamalıdır.

Xəbər lenti

Xəbər lenti