...

Bakı Fond Birjası ilə "Transparency Azerbaijan" səhmdarlar və investorlar üçün hüquqi məsləhətləşmələri bərpa ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyun 2007 18:24 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova/ Çərşənbə axşamı birjadan verilən məlumata görə, Bakı Fond Birjası "Transparency Azerbaijan" ictimai təşkilatı ilə birgə "Korporativ idarəetmə Azərbaycan biznesinə çağırış kimi" layihəsi çərçivəsində keçirilən "Səhmdarlar və investorlar üçün hüquqi məsləhətləşmələr" kampaniyasını davam etdirəcək. Bu kampaniya prezident yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin , Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin və Qlobal İmkanlar Fondunun dəstəyi ilə keçirilir.

Kampaniyanın məqsədi Azərbaycanda fəaliyyət göstərən sahibkarlara və çoxsaylı səhmdar cəmiyyətlərin nümayəndələrinə hüqüqi məsləhətlər verməkdir. Kampaniya çərçivəsində sahibkarlara və çoxsaylı səhmdar cəmiyyətlərin nümayəndələri üçün ilk seminar əvvəlcə Bakıda, sonra isə Gəncədə keçirilib.

Təşkilatçıların qərarına uyğun olaraq növbəti analoji seminar iyunun 8-də Qubada keçiriləcək.

Seminarda həmçinin Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin rəhbəri Kamran Babayev, layihənin koordinatoru Çingiz Əsədov, Bakı Fond Birjasının ticarət departmentinin rəhbəri Vüqar Namazov çıxış edib, sahibkarları və səhmdar cəmiyyətlərin nümayəndələrini maraqlandıran sualları cavablandırıblar.

Xəbər lenti

Xəbər lenti