...

RAPID SOLUTIONS şirkəti Azərbaycan şirkətləri və dövlət orqanları ilə əməkdaşlığı genişləndirmək niyyətindədir (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyun 2007 15:01 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Britaniyanın Rapid Solutions şirkəti regionda inkişaf perspektivi olan Azərbayacanın dövlət orqanları, şirkətlər və təşkilatları ilə tanışlıq üçün bu həftə təqdimat keçirib.

Rapid Solutions 1996-cı ildə Xəzər regionu və Mərkəzi Asiyada telekommunikasiya xidmətlərinə tələbatı ödəmək üçün yaradılıb. Şirkət 10 ildən çoxdur ki, bazarda fəaliyyət göstərir. Bu dövr ərzində öz xidmətləri ilə yanaşı bir sıra digər istiqamətlərdə də fəaliyyətini inkişaf etdirib. Bunların sırasına: elektrik, cihazqayırma və nəzarət, IT və telekommunikasiya sahəsində xidmətlər, hidravlika, motorloraın yoxlanılması və təmiri, tikinti, işçi qüvvəsi ilə təchizat daxildir.

Baş direktor Elvin Bayramov bildirib ki, şirkətin əsasən milli kadrları nəzərdə tutan təsdiq olunmuş proqramı mövcuddur və ştatın 80-90 faizi Azərbaycanlı mütəxəssislərdən ibarət olacaq. Hazırda yerli ali məktəblərlə danışıqlar aparılır ki, şirkət öz bazasında və xarici partnyorlarının bazalarında bu ixtisaslarda təhsil alan tələbələrə treninqlər keçirsin.

Bayramovun sözlərinə görə, 2006-cı ildə Rapid Solutions şirkətinin baş ofisi tərəfindən aparılan təhlilin nəticələrinə əsasən Azərbaycan bazarına daha ciddi şəkildə daxil olmaq, dövlət orqanları və yeli şirkətlərlə əməkdaşlıq etmək barədə qərar qəbul olunub.

Şirkət direktoru bildirib ki, hazırda ölkədə regionların inkişafı üzrə dövlət proqramı həyata keçirilir və şirkət bundan geri qalmaq istəmir. Yaxın zamanlarda daha sıx əməkdaşlıq üçün Rapid Solutions şirkəti republikanın bütün istiqamətlərində öz regional ofislərini açmaq niyyətindədir.

Rapid Solutions bir çox şirkətlərin distribütoru (Motorola, Hydrasun, SeaTel, SDMO, ABB, ICE) və tərəfdaşıdır (Siemens, Marconi, Iridium və s). Bu da şirkətə dünya səviyyəli məhsul və texniki yardımlar əldə etməyə imkan verir. Hazırda şirkətin ştatı 200 yüksək peşəkarlığa malik işçidən ibarətdir.

10 illik fəaliyyəti dövründə şirkət BP, Bos Shelf, McDermott ("Azəri-"Çıraq"-"Günəşli" layihəsi çərçivəsində), CDC - "Dədə Qorqud" və "İstiqlal" qazma qurğusunda, Bakı - Tiflis- Ceyhan boru kəməri və digər layihələrdə fəaliyyət göstərib.

Xəbər lenti

Xəbər lenti