Bakı. Trend:
Avqustun ortalarında ABŞ-də keçiriləcək Monterey Avtomobil Həftəsi çərçivəsində nadir və qeyri-adi tarixçəyə malik bir neçə hiperkar satışa çıxarılacaq.
Trend xəbər verir ki, avtomobillər nüfuzlu "Bonhams" hərrac evində təqdim olunacaq. Satışa çıxarılan nəqliyyat vasitələri bu ilin yazında Las-Veqas polisi tərəfindən fırıldaqçılardan müsadirə edilib.
Hərraca çıxarılacaq modellər arasında "Bugatti Divo", "Bugatti Chiron Super Sport", "Pagani Huayra R" və "Apollo Intensa Emozione" kimi avtomobil dünyasının ən nadir və bahalı nümunələri yer alır.
Ekspertlər avtomobillərin ümumi dəyərini təxminən 20 milyon dollar olaraq qiymətləndirirlər.