Bakı. Trend:
Braziliyalı müdafiəçi İqor Ribeyro yaxın günlərdə “Neftçi”nin düşərgəsinə qoşulacaq.
Trend xəbər verir ki, daha əvvəl Bakı təmsilçisi ilə müqavilə imzalayan 28 yaşlı futbolçu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Araz-Naxçıvan”ın heyətində Yunanıstanın “Aris” klubuna qarşı keçirilən hər iki oyunda iştirak edib (2:1, 2:2).
Futbolçunun Konfrans Liqasının III təsnifat mərhələsində “Omoniya” ilə görüşlərədək komandadan ayrılacağı gözlənilir. Bu məsələ ilə bağlı klublar arasında müzakirələr aparılıb.
Qeyd edək ki, Ribeyro Yunanıstandakı cavab görüşündə birbaşa qırmızı vərəqə aldığı üçün “Omoniya”ya qarşı ən azı bir oyunu buraxacaq. Onun qarşıdakı həftə “Neftçi” ilə məşqlərə başlayacağı ehtimal olunur.
Xatırladaq ki, İqor Ribeyronun “Neftçi” ilə müqaviləsi 2026/27 mövsümünün sonuna qədər qüvvədədir.