Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp ölkənin Əmək Statistikası Bürosunun direktoru Erika Makintarferi vəzifəsindən azad edib.
Trend xəbər verir ki, bu barədə məlumatı "Reuters" agentliyi yayıb.
Jurnalistlərin fikrincə, qərara səbəb qurumun yaydığı ABŞ əmək bazarına dair “şokedici” zəif göstəricilər olub.
"Məşğulluqla bağlı dəqiq və etibarlı məlumatlara ehtiyacımız var. Komandama keçmiş prezident Co Baydenin bu siyasi təyinatlı şəxsi dərhal vəzifədən azad etməyi tapşırdım. Onu daha bacarıqlı və ixtisaslı biri əvəz edəcək", – deyə Tramp bildirib.
ABŞ lideri Makintarferi statistik məlumatlarla manipulyasiya etməkdə ittiham edib, lakin bu iddianı təsdiqləyən konkret sübut təqdim etməyib.
Qeyd edək ki, eyni gün Federal Ehtiyatlar Sisteminin İdarə Heyətinin üzvü Adriana Kuqler də vaxtından əvvəl istefa verdiyini açıqlayıb.