...

ABŞ-nin 60 min tondan çox ərzaq yardımı anbarlarda istifadəsiz qalıb

Dünya xəbərləri Materials 3 Avqust 2025 06:25 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin humanitar məqsədlə hazırladığı 60 min tondan artıq ərzaq yardımı dünyanın müxtəlif bölgələrində anbarlarda saxlanılır və istifadəsiz qalıb.

Trend xəbər verir ki, bu barədə “Washington Post” nəşri məlumat yayıb.

Məqalədə vurğulanır ki, bəzi məhsulların istifadə müddəti bitmək üzrədir. Bu səbəbdən bu həftə yüzlərlə yardım qutusuna “məhv et” etiketi yapışdırılıb.

İtkinin əsas səbəbi kimi ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətində yaranmış məhdudiyyətlər göstərilir. Məsələn, Rod-Aylend ştatında dövlət tərəfindən maliyyələşdirilmiş, lakin heç yerə göndərilməyən təxminən 185 min qutu ərzaq anbarlarda qalıb. Onların ümumi dəyəri 75 milyon dollar civarındadır.

Xəbər lenti

Xəbər lenti