...

Fransa Aİ-ni ABŞ ilə gömrük tarifləri üzrə danışıqları davam etdirməyə çağırır

Dünya xəbərləri Materials 3 Avqust 2025 05:02 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın Şərab İxracatçıları Assosiasiyası Avropa İttifaqını (Aİ) avqustun 7-də qüvvəyə minəcək gömrük tarifləri ilə bağlı ABŞ-la danışıqları davam etdirməyə çağırıb.

Trend xəbər verir ki, iki tərəf arasında razılaşdırılan 15 faizlik gömrük tarifləri spirtli içkiləri əhatə etmir. Bu isə xüsusilə Fransa və İtaliya üçün ciddi ixrac itkisinə səbəb ola bilər. Hər iki ölkə üçün ABŞ bazarı lüks şərab markalarının əsas alıcısı hesab olunur.

Assosiasiyanın məlumatına görə, yüksək tariflər nəticəsində ixracatın kəskin azalması ehtimal edilir ki, bu da yalnız Fransada 600 minədək iş yerinin təhlükə altına düşməsi ilə nəticələnə bilər.

Təşkilat Avropa İttifaqını yaranmış vəziyyəti dialoq və kompromis yolu ilə həll etməyə çağırır.

Xəbər lenti

Xəbər lenti