...

Gəncədə aksiz markası olmayan məhsullar aşkar olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyun 2007 17:20 (UTC +04:00)

Azərbaycan, Gəncə/ Trend müxbir V.Məmmədov/ Gəncədə ticarət obyektlərində aksiz markaları və kassa nəzarət aparatlarının tətbiqi sahəsində normativ-hüquqi aktların tələblərinə əməl olunması ilə əlaqədar həyata keçirilən reydlər başa çatıb.

Vergilər Nazirliyinin 12 saylı ərazi vergilər idatrəsinin rəhbəri Azər Məmmədov cümə günü bildirib ki, iki günlük reyd nəticəsində yalnız Gəncədəki 34 ticarət obyektində aksiz markası olmayan və saxta markalı 2640 məhsul, 492 ədəd alkoqollu içki, 2074 tütün məmulatı və pivə aşkar olunub. Bu məhsulların ümumi dəyəri 940 manat təşkil edib.

Bununla yanaşı, 40 vergiödəyicisinə məxsus olan obyektlərdə nağd hesablaşma qaydalarının pozulması, kassa çekinin verilməsi qaydalarının pozulması, çeklərdə ödənilən məbləğin göstərilməməsi faktları aşkar olunub. Məmmədovun spözlərinə görə: "eyni zamanda bizim idarənin nəzarətində olan Naftalan, Goranboy, Xanlar, Daşkəsən və Samux rayonlarında da reydlər təşkil olunub. Ölkənin bütün regionları da daxil olmaqla 40 obyektdə 16 min manat dəyərində pul cərimələri tətbiq edilib".

Gəncə Bakıdan 360 km. qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti